CentralPOS — Şəbəkə Printeri Axtarıcı
======================================
İki alət — POS kompüterində şəbəkəyə qoşulu termal printeri tapmaq
və test etmək üçün. Xprinter (XP-F300N, XP-N160II, XP-C260N, POS-80 və s.),
Epson TM-T-serisi, Bixolon və digər ESC/POS printerlərində işləyir.

Admin hüququ lazım deyil.


1. PRINTER-AXTAR.bat  --  Şəbəkəni skan et
------------------------------------------
Nə edir: bu kompüter olan lokal şəbəkədə (1-254 IP diapazonu) hər
cihazı 9100 (RAW/JetDirect) portunda yoxlayır — yalnız termal printerlər
bu portu açıq saxlayır. Aşkarlanmış hər IP-ni ekranda göstərir.

İstifadə:
  1) İki dəfə klik → "PRINTER-AXTAR.bat"
  2) 15-30 saniyə gözlə
  3) Yaşıl "[TAPILDI] 192.168.x.x" sətirlərinə bax

Bir neçə printer görsən (məs. 2 satır): hansının hansı olduğunu ayırmaq
üçün hər IP-yə test çek göndər (aşağıdakı 2-ci alət).


2. TEST-CAP.bat  --  Konkret IP-yə test çek göndər
--------------------------------------------------
Nə edir: verdiyin IP-yə ESC/POS test çek göndərir. Cek printer-dən
çıxsa — o, printerdir və işləyir.

İstifadə:
  Yol A (asan): iki dəfə klik → soruşacaq → IP-ni yaz → Enter
  Yol B (sürətli): CMD-də yaz:
      TEST-CAP.bat 192.168.1.100

Nəticə printerdə görünəcək:
    CentralPOS
    === TEST CAP ===
    Printer işləyir!
    IP: 192.168.1.100
    2026-07-03 17:15:00


3. HEÇ NƏ TAPILMASA
-------------------
Yoxla:
  a) Printer yandırılıb və "Ready" (yaşıl LED)?
  b) RJ45 (Ethernet) kabeli hər iki uçdan (printer + modem) sıxı taxılıb?
  c) Printer və POS kompüter EYNI modemə qoşulu? (fərqli WiFi/router yox)
  d) Printerin öz test qəbzini çıxart (söndür → FEED basılı saxla →
     yandır → 3 san sonra burax) — orada IP göstərilibsə, ancaq
     PRINTER-AXTAR onu tapmırsa, deməli printer başqa şəbəkədədir.
     Onda ya printerin IP-sini əl ilə düzəlt, ya da modemdən DHCP ilə
     yeni IP ver.


4. TAPDIQDAN SONRA
------------------
Aşkar etdiyin IP-ni CentralPOS v3 bridge config-nə əlavə et:

  Aç:  C:\CentralPOS\PrintBridge\config.json  (öz yerini yaz)
  Bura kimi düzəlt:

  {
    "port": 9555,
    "host": "127.0.0.1",
    "printers": [
      { "name": "Kassa (masaüstü)",  "target": "printer:AD_BUNRAYA" },
      { "name": "Mətbəx (şəbəkə)",   "target": "network:192.168.1.100:9100" }
    ]
  }

Bridge yenidən başladıqda (ya UNINSTALL + INSTALL ilə, ya kompüter
restart-ında) hər çek EYNI ANDA hər iki printerə çıxacaq.


DƏSTƏK:  centralpos.pro  •  CentralDev.az
