CentralPOS Windows üçün endir

CentralPOS xüsusiyyətləri

Restoran, kafe, bar və mağazalar üçün tam avtomatlaşdırma — sifariş qəbulundan anbar hesabatına qədər hər şey bir sistemdə.

🖥️ Masaüstü POS (kassa proqramı)

Windows üçün sürətli kassa terminalı: masa xəritəsi sahələr üzrə (salon, terras, VIP), toxunuşla sifariş, split ödəniş (nağd + kart), çek çapı, kassa qutusu inteqrasiyası. Kassir PIN ilə daxil olur — hər əməliyyat kimin etdiyi bəllidir.

🍳 KDS — mətbəx ekranı

Sifarişlər kağızsız, birbaşa mətbəxdəki ekrana düşür. Aşpaz hazır olanı işarələyir, ofisiant anında görür. Mətbəxlər üzrə marşrutlama — isti mətbəx, soyuq mətbəx, bar ayrı-ayrı ekranlarda.

📱 QR menyu

Müştəri masadakı QR kodu skan edir, menyunu telefonunda açır və sifariş verir — ofisiant çağırmadan. Sifariş birbaşa POS-a və mətbəxə düşür. Hər masa üçün fərdi QR etiketi sistemdən çap olunur.

🧑‍🍳 Ofisiant appı və Mobil POS

Ofisiant planşet və ya telefonla masadan sifariş götürür — real vaxtda kassaya və mətbəxə ötürülür. Mobil POS ilə kiçik nöqtələr kompütersiz işləyə bilir.

📦 Anbar və stok idarəetməsi

Alış, itki, düzəliş və inventarizasiya əməliyyatları; az qalan məhsullar üçün avtomatik xəbərdarlıq; hərəkət tarixçəsi. Stok satışla avtomatik azalır.

🧮 Kalkulyasiya — maya dəyəri və mənfəət

Hər yeməyin resepti qurulur (inqrediyent + miqdar), sistem maya dəyərini avtomatik hesablayır. Hesabatlarda xalis mənfəət real rəqəmlərlə görünür: gəlir − maya = qazanc. İtkilər ayrıca izlənilir.

📶 Offline rejim — internet kəsiləndə dayanmır

İnternet kəsiləndə terminallar lokal şəbəkə üzərindən bir-biri ilə işləməyə davam edir: sifariş qəbulu, çek çapı, ödəniş — hamısı işləyir. İnternet qayıdanda məlumatlar avtomatik buluda sinxronlaşır.

📊 Hesabatlar və nəzarət

Satış, mənfəət, ən çox satılanlar, ödəniş növləri, Z-hesabat, işçi performansı. Şübhəli əməliyyatlar (silinmə, endirim, başqa ofisiantın masasına müdaxilə) sahibkara anlıq bildirişlə çatır.

🔌 İnteqrasiyalar

E-Kassa (fiskal), çatdırılma platformaları, SMS kampaniyaları, loyallıq proqramı, çoxfiliallı idarəetmə.

Pulsuz demo üçün əlaqə