CentralPOS +994 51 244 63 98 Windows üçün endir
Mətbəx Ekranı Sistemi

Sürətli hazırlanma prosesi

Mətbəxdəki iş prosesini sürətləndirərək həm işçi performansını, həm də müştəri məmnuniyyətini artırmaq istəyirsinizsə, CentralPOS Mətbəx Ekranı tam sizə görədir. Kağız çeklərə son — sifarişlər birbaşa ekrana düşür.

KDS daxildir — endir
CentralPOS KDS Hamısı · 3 YENİ · 1 Hazırlanır · 1 Hazır · 1 12:47
Çek №1042Kassir: Aysel · Zal · Masa 5 01:24
MAIN DISH
Toyuq kabab
Lülə kabab⚠ istiotsuz
DRINKS
Ayran
BAŞLA
Çek №1041Kassir: Elvin · Zal · Masa 12 06:47
FIRIN
Toyuq pizza
Pide⚠ əlavə pendir
HAZIR
Çek №1039Çatdırılma WOLT 12:03
MAIN DISH
Burger menyu
Kartof fri
Cola 0.5LƏĞV EDİLDİ
HAZIR

⏱ Ekran canlı KDS-in birəbir təsviridir — taymerlər işləyir, 10+ dəqiqə gecikən sifariş qırmızı yanıb-sönür.

Səmərəli proses

Kağız çeklərə və qaçhaqaça son — sifariş kassadan çıxan an mətbəx ekranındadır. İşçilərin fiziki əməyi və kağız xərci azalır.

Dəqiq əməliyyatlar

Kateqoriya rəngləri, miqdar və xüsusi qeydlər ("istiotsuz", "əlavə pendir") aydın görünür — hazırlıq xətaları minimuma düşür.

Performansın izlənilməsi

Hər sifarişin hazırlanma müddəti ölçülür — hansı yemək nə qədər vaxt aparır, hansı saatlar pikdir, hamısı hesabatlarda.

Xidmət səviyyəniz yüksələcək

KDS mətbəxlə zalın arasındakı bütün itkiləri aradan qaldırır

Sifarişlər birbaşa düzgün hazırlıq məntəqəsinə düşür — isti mətbəx, soyuq mətbəx, bar və fırın ayrı-ayrı ekranlarda işləyə bilir.

Taymerlər və rəng kodları ilə gecikmiş sifariş dərhal görünür — 5 dəqiqədən sonra sarı, 10 dəqiqədən sonra qırmızı siqnal.

Ləğv və dəyişikliklər anında ekranda əks olunur — mətbəx heç vaxt köhnəlmiş məlumatla işləmir.

Wolt, Bolt və QR menyu sifarişləri də eyni ekrana düşür — bütün kanallar bir axında.

Rahat idarəetmə sistemi

Mətbəx ekranı sadəcə sifariş göstərmir — tam idarə olunur

Mətbəxin nəbzini rəqəmlərlə tutun

Hər sifarişin hazırlanma müddəti avtomatik ölçülür. Günlər üzrə orta hazırlıq vaxtı, gecikən sifarişlərin sayı və pik saatlar — hamısı idarəetmə panelində.

Hansı yeməyin darboğaz yaratdığını görüb prosesi optimallaşdırırsınız.

Həftəlik hazırlıq performansı
B.eÇ.aÇC.aCŞB
12:30 −5,5% Orta hazırlanma vaxtı (bu həftə)

Mətbəxinizə görə tənzimləyin

Hər restoranın öz ritmi var — səs siqnalından gecikmə həddinə qədər hər şey ayarlanır. İsti mətbəx, soyuq mətbəx, bar və fırın üçün ayrıca ekranlar qura bilərsiniz.

KDS Tənzimləmələri
Səs siqnalıYeni sifariş düşəndə bildiriş səsi
Gecikmə həddi10 dəqiqədən sonra qırmızı xəbərdarlıq
Stansiya filtriYalnız isti mətbəx sifarişləri
Avtomatik çapHazır olanda çek printerinə göndər

İstənilən ekranda işləyir

Xüsusi avadanlıq lazım deyil — adi Windows kompüteri, planşet və ya mətbəxdəki televizor kifayətdir. KDS CentralPOS quraşdırıcısına daxildir, əlavə lisenziya haqqı yoxdur.

Dəstəklənən cihazlar
MonitorWindows PC
PlanşetAndroid
TV ekranMətbəx divarı

KDS mətbəxinizə nə qazandırır?

0%-dək
Hazırlanma vaxtında azalma
0%
Kağızsız mətbəx
0 san
Sifarişin ekrana düşmə vaxtı
0
Unudulan sifariş

Necə işləyir?

Sifarişdən hazır yeməyə — bütün axın bir baxışda

1. Ofisiant müştərinin sifarişini götürdüyü an birbaşa mətbəx ekranına göndərir

Sifariş — Masa 5Qeyd yaz
Sezar salatı (tam porsiya)yumurtasız
Göbələk şorbası (yarım porsiya)acısız
Klub sendviçmayonezsiz
Mətbəxə göndər →

2. Mətbəx sifarişi ekranda qəbul edir, xüsusi qeydləri görür və hazırlamağa başlayır

MƏTBƏX
⚠ Heç bir yeməyə duz əlavə etmə
2× Sezar salatı (tam)yumurtasız00:30
1× Göbələk şorbası (yarım)acısız−0:24
II SİFARİŞ VƏRƏQİ
1× Klub sendviç (tam)mayonezsiz19:30
HAZIR14:36

3. Hər iki tərəf sifarişin hazırlanması, prioritetləşdirilməsi, ləğvi və digər yeniliklər barədə anında məlumatlı qalır

«Sezar salatı» — Masa 3 üçün ləğv edildi!
«Göbələk şorbası» — Masa 5 hazırdır!
«Klub sendviç» — Masa 6 hazırlanır…

Ən çox verilən suallar

Mətbəx Ekranı Sistemi barədə

Sistemi idarə etmək üçün xüsusi təlimə ehtiyac var?
Xeyr. Ekranda cəmi üç düymə var — BAŞLA, HAZIR, VERİLDİ. Aşpazlar 5 dəqiqəyə öyrənir; quraşdırmadan sonra komandamız yerində qısa təlimat keçir.
Sifarişə dəyişiklik ediləndə ekranda görünür?
Bəli, anında. Məhsul əlavə olunanda, ləğv ediləndə və ya qeyd dəyişəndə kart real vaxtda yenilənir və səs siqnalı verilir.
Mətbəxdəki işləri sistemdən izləmək olurmu?
Bəli. Hər sifarişin hazırlanma müddəti qeyd olunur — idarəetmə panelində orta hazırlıq vaxtı, gecikmələr və pik saatlar üzrə hesabatlar görürsünüz.
Eyni anda neçə cihaz sifariş göndərə bilər?
Məhdudiyyət yoxdur — kassa, ofisiant telefonları və QR menyu eyni anda işləyir, hamısı eyni mətbəx ekranına düşür. İnternet kəsilsə belə lokal şəbəkə üzərindən davam edir.
KDS üçün hansı cihaz lazımdır?
İstənilən Windows kompüter və ya planşet + adi monitor/TV kifayətdir. KDS CentralPOS quraşdırıcısına daxildir — əlavə ödəniş yoxdur.