Müştəriləriniz masadakı QR kodu skan edir, menyunuzu öz telefonunda açır və sifarişini verir — sifariş birbaşa POS-a və mətbəxə düşür. Tətbiq yükləməyə ehtiyac yoxdur.
Sağdakı ekran canlıdır — AVENUE restoranının əsl menyusu. Barmağınla gəz, kateqoriyalara bax, məhsulu aç, səbətə əlavə et.
Telefonu masaya yaxınlaşdır (NFC) və ya QR kodu skan et — menyu bir saniyəyə açılır.
Müştəriləriniz sifarişləri oturduqları yerdən verdikləri üçün proses sürətli və əziyyətsiz olur — ofisiant hər masaya qaçmır.
Məhsulları şəkilləri ilə görən qonaqlar rahat seçim edir. Şəkillər iştahanı, iştaha isə satışları artırır!
Qiymət və ya məhsul dəyişən an idarəetmə panelindən yeniləyirsiniz — rəqəmsal menyuda dərhal görünür. Kağız çapına son.
Üç sadə addım — nə tətbiq, nə qeydiyyat
Qonaq masadakı kartda olan QR kodu telefonun kamerası ilə skan edir.
Şəkilli menyu telefonda açılır — kateqoriyalar, axtarış, sevimlilər.
Səbətə əlavə edib göndərir — sifariş birbaşa POS-a və mətbəxə düşür.
Hər detal qonağın rahatlığı üçün düşünülüb — ekrandakı hər elementə bax
Kombo, səhər yeməyi, şorba — yemək seçiminə kömək edir və prosesi sürətləndirir.
Qonaq yeməyin adını yazır — menyu saniyədə süzülür.
Bəyəndiyi yeməkləri ♥ ilə yadda saxlayır — növbəti sifariş daha sürətli olur.
Böyük foto, tərkib və qiymət — şəkillər iştahanı, iştaha satışı artırır.
Qonaq yeməyi 5 ulduzla qiymətləndirir — hansı yeməyin sevildiyini görürsünüz.
Bir toxunuşla səbətə — cəm qiymət düymənin üstündə canlı görünür.
Qərarsız qonağa ağıllı təklif — zövqünə görə yemək məsləhəti.
Sifariş olunacaq sayı göstərir — artırıb-azaltmaq bir toxunuşdur.
Yemək seçiminə kömək edir, prosesi sürətləndirir.
Ad yazılır — menyu saniyədə süzülür.
Bəyənilən yeməklər ♥ ilə yadda qalır.
Böyük foto, tərkib və qiymət bir ekranda.
5 ulduzlu reytinq — sevilən yeməklər görünür.
Bir toxunuş — cəm qiymət canlı yenilənir.
Qərarsız qonağa ağıllı yemək təklifi.
Artırıb-azaltmaq bir toxunuşdur.
QR menyunuz brendinizə uyğunlaşır — bir kliklə dizayn dəyişin
Ağ-mavi, aydın kartlar — hər yaşa tanış görünüş
Video fonlu açılış, parlaq keçidlər — premium hisslər
Qaranlıq tema — axşam məkanları və barlar üçün
Sadə siyahı, fokus yeməkdə — sürətli servis üçün
Hamısı qiymətə daxildir — istənilən vaxt idarəetmə panelindən dəyişə bilərsiniz.
Telefonunuzun kamerasını bu QR koda tutun — BLUEBIRD demo restoranının canlı menyusu açılacaq. Heç bir tətbiq lazım deyil.
Kompüterdəsinizsə, sadəcə düyməyə klikləyin:
QR Menyu barədə bilmək istədikləriniz
Elə indi yoxlayın — qısa müddətdə sizinlə əlaqə saxlayaq.
Təşəkkür edirik — qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.