İş yerinizdən uzaqda olduqda belə nəzarətdən uzaq qalmaq istəmirsinizsə, CentralPOS Manager tətbiqi tam sizə görədir!
POS sistemindən edilən bütün əməliyyatları istədiyiniz vaxt, istədiyiniz yerdən izləyirsiniz.
Anlaşılması asan və istifadəçi dostu dizaynla tətbiqə rahatlıqla alışır, axtardığınızı sürətlə tapırsınız.
Əməliyyatlarla bağlı xüsusi bildirişlər alaraq tətbiqi açmasanız belə vacib məlumatlardan xəbərdar qalırsınız.
Yatmaq üzrə ikən, lifti gözləyəndə və ya uçuşa saniyələr qala biznes statistikanıza bir nəzər yetirmək istəsəniz, tətbiqi açmağınız kifayətdir.
Tətbiqin elə ilk səhifəsində kassadakı nağd pul, gəlir, xərclər, çek və qonaq sayı kimi statistikalar sizi qarşılayır — bir neçə saniyəniz olduqda belə biznes göstəricilərinizə nəzarət edə bilirsiniz.
Ləğv edilmiş hesab və ya mübahisəli ödəniş var? Elə olduğunuz yerdən sifarişlə bağlı detalları yoxlaya bilərsiniz.
Masaya kimin xidmət göstərdiyi, sifarişin hansı masada təqdim edildiyi və qonaqların sayı kimi məlumatları tətbiqdə görəcək, problemi rahatlıqla müəyyənləşdirəcəksiniz.
Pul vəsaitlərinizin axınını, xərcləri və gəlirləri anbaan izləyərək gəlirliliyi daim nəzarət altında saxlaya bilərsiniz.
Üstəlik, mənfəət və zərər, balans və ya xərc hesabatları kimi müxtəlif maliyyə hesabatları almaq sizə biznesiniz haqqında məlumat əsaslı qərarlar qəbul etməyə köməklik göstərəcək.
Yeni və ya ləğv edilən sifarişlər, aşağı inventar səviyyəsi və ya işçilərin giriş-çıxış saatları kimi müxtəlif fəaliyyətlərdən anında xəbərdar olmaq istəsəniz, tətbiq bildirişlərini açmağınız yetərli olacaq.
Beləliklə, tətbiqi açmasanız belə biznes əməliyyatlarınız haqqında məlumatlı qalacaq, lazım olduqda sürətli müdaxilə edə biləcəksiniz.
CentralPOS Manager pulsuzdur — mövcud CentralPOS hesabınızla daxil olun.